Ahmet Kuralın sürücülük vəsiqəsi əlindən alındı - FOTO

20 Fevral 2020 12:40

Türkiyənin məşhur aktyoru Ahmet Kural zəncirvari qəzaya səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Üsküdar ərazisində baş verib.

Qəza zamanı 4 avtomobil toqquşub, 1 nəfər ağır yaralanıb. Məlum olub ki, Ahmet 1, 85 promil spirtli içki qəbul edib. O, bir neçə saat sonra Çengelköy Polis Şöbəsinə aparılıb.

Onun ifadəsindən sonra sürücülük vəsiqəsi əlindən alınıb (6 aylıq) və yol -hərəkəti qaydalarını pozduğu üçün böyük məbləğdə pul cəzası verilib.

Milli.Az