Bu qadın yeni doğulan körpələrin fotosunu çəkdikdən sonra onları OĞURLAYIRMIŞ - FOTO

21 Fevral 2020 02:30

''Facebook''da yeni doğulan körpələrin fotolarını çəkmək üçün elan verən qadının qorxunc planını zərərçəkmiş ana üzə çıxarıb.

Milli.Az xəbər verir ki, Culietta Parker adlı keçmiş siyasətçi qadın fotoqraf adı ilə uşaq oğurluğunda ittiham olunub. 38 yaşlı qadın yeni doğulan uşaqların fotolarını ödəniş tələb etmədən çəkəcəyini elan verib. Yeni uşaq dünyaya gətirmiş analardan biri Culiettanı körpəsinin fotolarını çəkməsi üçün evinə dəvət edib. Üç dəfə həmin evə gedən və sonuncu dəfə 16 yaşlı qızını da özü ilə aparan fırıldaqçı qadın toxunduğu əşyalardakı barmaq izlərini silib. Belə ki, özü körpənin fotolarını çəkərkən qızına gənc ananı bişirdiyi şirniyyata qonaq etməsini tapşırıb. Şirniyyatı yeyən ananın halı pişləşib və başı fırlanıb. Ana huşunu itirmədən əvvəl fotoqraf qadından və qızından evi tərk etmələrini istəyib. Lakin gənc ana Parkerin qapıdan çıxarkən açarı oğurladığından şübhələnib. Hər iki şübhəli polis tərəfindən saxlanılıb. Məlum olub ki, onlar körpələrin fotolarını çəkdikdən sonra onu oğurlamaq istəyiblər. Üstəlik fırıldaqçıların bir neçə qurbanları olub. (ölkə.az)

Milli.Az