Ajda Pekkan 8 illik sevgilisindən ayrılıb

20 Fevral 2020 09:22

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan 2012-ci ildən münasibətdə olduğu iş adamı Bülent Çavuşoğludan ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 52 yaşlı Bülent Çavuşoğlu ilə tez-tez gah küsüb, gah barışan 74 yaşlı ifaçı sevgilisindən ayrılmaq qərarına gəlib. Çavuşoğlu hətta Ajdanın fevralın 12-də doğum gününə qatılmayıb.

Qeyd edək ki, Ajda Bülentlə münasibətə başlayarkən iş adamı evli olub.

Milli.Az