Maqadandan qalxan təyyarə yerə çırpıldı, 7 yaralı - FOTO

20 Fevral 2020 08:57

Rusiyanın Maqadan şəhərindəki aeroportdan havaya qalxan "AN-12" təyyarəsi 10 metr hündürlükdən yerə çırpılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hava gəmisində 12 sərnişin və 2 ekipaj üzvü olub.

"AN-12" təyyarəsinin yerə çırpılması nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

Təyyarədə olan 14 nəfər xəstəxanaya aparılıb.

Xəsarət alan 7 nəfər müalicə olunacaq, digər 7 nəfər isə ilkin müayindən sonra evə buraxılacaq. 

Milli.Az