Millimizin üzvü meydandan qovuldu

20 Fevral 2020 08:48

Millimizin üzvü  Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 20-ci turdan təxirə salınmış görüşdə səfərdə "Rayo Valekano" ilə qarşılaşıb. Matçda qolsuz heç-heçə qeydə alınıb.

Start heyətdə meydana çıxan İsrafillov 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, "Albasete" hazırda 30 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Milli.Az