İsrafilov "qırmızı" aldı, oyun yarımçıq dayandırıldı

20 Fevral 2020 08:28

İspaniya Sequndasının XXVIII turu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov üçün uğursuz alınıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Albasete"nin yarımmüdafiəçisi "Rayo Valyekano" ilə səfər matçında qırmızı vərəqə alıb.

Start heyətində meydana daxil olan Eddi qarşılaşmanın 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Oyun 0:0 olarkən yarımçıq dayandırıldığından ikinci hissə keçirilməyib.

Qeyd edək ki, 27 oyunda 30 xal toplayan "Albasete" 22 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Milli.Az