Sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi - Azərbaycanda

19 Fevral 2020 21:09

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az