"Bir də bu geyimdə efirə çıxmaram" - FOTO

19 Fevral 2020 18:22

"Bilərəkmi elə geyinirsiniz? Bir geyiminiz var idi, müzakirələrə səbəb oldu"

Milli.Az xəbər verir ki, bu sualla aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də əməkdar artist Cavanşir Məmmədova müraciət edib.

Əməkdar artist qalmaqala səbəb olan həmin geyimi ilə necə efirə çıxdığını açıq etiraf edib:

"Evdən çıxanda düşünürsən ki, haralara getməlisən. Onu nəzərə alıb rahat geyinmək lazımdır. Mən nəvəmlə o vaxtı 1 iyunda "Uşaqlar günü" ilə əlaqədər getmişdim bulvara, onu gəzdirirdim. O geyimdə nə var? Setkadır da, orada heç bir qəbahət yoxdur. Elə adamlar var mayka ilə gəzir, sinəsinin tükü görsənir. Gözü götürməyən adamlar var. Nəyə görə mənim səninlə (Tolik-red) konfliktim olmur? - Mən düz danışan adamlarla heç vaxt mübahisə etmək istəmirəm. 

Mən uşağı aparmışdım parka. Zəng gəldi Elgizdən. Soruşdu hardasan, dedim bulvarda nəvəmi gəzdirirəm. Xahiş etdi ki, tez özünü çatdır mənə. Gəldim kanala, gördüm ki, balaca uşaqlardır. Mənə dedi ki, sən də nəvənlə otur verilişdə. Belə oldu. Yaxşı, burada nə var ki? Mən şortikdə olmamışam. Bəyəm, mənim şortik geyinməyə ixtiyarım yoxdur? Yoxsa qolsuz mayka geyinməyə ixtiyarım yoxdur?". 

Tolik müğənniyə "Bir də bu geyimi geyinib çıxarsınız efirə?" sualını ünvanlayıb. Cavanşir Məmmədov "Yox, efirə yox. Mən onu gəzməyə geyinmişdim" cavabını verib.. 

Məhəmməd Vaqif
Milli.Az