Paytaxtın bu hissəsində su olmayacaq

19 Fevral 2020 17:34

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə Milli.Az-a "Azərsu" ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az