Yəməndə müdafiə nazirinin avtomobili partladıldı

19 Fevral 2020 19:39

Yəməndə müdafiə naziri Məhəmməd Əli əl-Məktaşiyə sui-qəsd təşkil olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin şərqində nazirin olduğu avtomobil korteji partladılıb.

Qeyd olunur ki, nazir zərər çəkməyib. Onun hadisə yerindən uzaqlaşdırıldığı deyilir.

Hadisə nəticəsində 4 nəfər həlak olub.

Milli.Az