Ürək tutmaları və infarktı 2 dəfə azaldacaq üsul - Kardioloqlar açıqladı

19 Fevral 2020 23:58

Kardioloqlar nəhayət ki, 5 il sürən maraqlı eksperimentin nəticəsini elan edərək, ürək tutmalarının sayını 2 dəfə azalda biləcək üsulu açıqlayıblar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ürək tutması riskini 48% azaltmaq üçün həftədə 2-3 dəfə günorta yuxusu almaq kifayətdir.

Bu fikrə İsveçrə Universitetinin kardioloqları gəlib.

Təcrübədə iştirak edənlər içində həftədə 2 dəfə günorta yatanlarda ürək tutmaları 2 dəfə az olub. Maraqlıdır ki, hər gün günorta yatanlarda əksinə ürək xəstəliklərində heç bir fərq olmayıb.

Eksperimentdə 3,5 min nəfər insan iştirak etmişdir.

Günorta qısa müddətli yuxu və mürgüləmənin insan orqanizminə faydaları barədə əvvəllər də alimlər çıxışlar etmişdilər.

Milli.Az