Bekhemin klubundan 11 milyon avroluq transfer

19 Fevral 2020 17:46

ABŞ-ın "İnter Mayami" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, MLS təmsilçisi Meksika yığmasının yarımmüdafiəçisi Rodolfo Pisarronu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu Meksika "Monterrey"indən 10,91 milyon avroya transfer olunub.

Meksikalı yarımmüdafiəçi "Paçuka"nın yetirməsidi və karyerasının böyük hissəsini də məhz bu klubda keçirib. O, "Monterrey"dən öncə "Qvadalaxara"da da oynayıb.

Sonda onu da qeyd edək ki, "İnter Mayami" klubunun sahibi İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.

Milli.Az