Şəmkirdə xeyli sayda silah-sursat tapıldı

19 Fevral 2020 21:22

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində tapılmış silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, DİN-in "102" Zəng Mərkəzinə müraciət edən Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakini A.Həsənov Qasımalılar kəndi ərazisində 8 ədəd "F-1" və 20 ədəd "UZRQM" markalı qumbara, 1 ədəd top mərmisi və 340 ədəd patron tapması barədə məlumat vermişdir.
Dərhal Şəmkir RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, qeyd edilən hərbi sursatları ANAMA-nın əməkdaşlarına təhvil veriblər.

Milli.Az