Komaya düşən dairə sədri vəfat etdi - YENİLƏNİB

19 Fevral 2020 15:49

15:49

64 saylı Sabirabad seçki dairəsinin sədri Şükür İmanov dünyasını dəyişib.

Milli.Az Yenisabah.az-a istinadən bildirir ki, Komaya düşən Şükür İmanovun həyatını xilas etmək mümkün olmayıb.

Şükür İmanov səhhətindəki ciddi problemlər üzündən komaya düşmüş və xəstəxanaya yerləşdirilmişdi.
 
---------

14:09

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov komaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ş. İmanov bir neçə ildir ki, ağır xəstəlikdən əziyyət çəkir. Onun ürəyində və böyrəyində problemlər var. Böyrəyinin biri bir müddət əvvəl əməliyyatla götürülüb. Son 3 gündə isə vəziyyəti ağırlaşdığı üçün işə çıxmayıb və xəstəxanaya yerləşdirilib. Hazırda o, komadadır.

Həkimlər onun yaşaması üçün ümidin olmadığını bildirərək İmanovu ailəsinə təhvil veriblər. Hazırda dairə sədri Qaratəpə kəndində yerləşən evinə gətirilib.

Milli.Az