"Fənərbağça" - "Qalatasaray" derbisinin hakimi açıqlandı

19 Fevral 2020 19:19

Türkiyə Super Liqasının 23-cü turunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" matçının baş hakimi bəlli olub.

Milli.Az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. Turun digər mühüm qarşılaşması "Beşiktaş" - "Trabzonspor" matçı isə Fırat Aydınusa həvalə edilib.

Qeyd edək ki, "Beşiktaş" - "Trabzonsor" matçı şənbə, "Fənərbağça" - "Qalatasaray" görüşü isə bazar günü keçiriləcək.

Milli.Az