Bakıda 18 komandanın iştirakıyla futbol turniri başladı!
17 Aprel 2010 14:34
Milli.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, mərasimdə çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov bildirib ki, bu ali təhsil ocağı ümummilli liderin daim diqqət və qayğısı ilə əhatə olunmuşdu. Universitet artıq bir neçə ildir ki, ümummilli liderin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirir. Tələbələr arasında futbol turniri bu tədbirlər sırasında ən önəmlisidir.
Turnirin açılış mərasimində veteran futbolçu Yaşar Babayev də iştirak edib.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra tələbələrin və incəsənət ustalarının iştirakı ilə konsert olub.
Ümummilli lider Heydər Əliyevin doğum günündə başa çatacaq turnirdə 18 komanda iştirak edir.
Milli.Az