Bloger koronavirusun əlacını "tapdı": 3,2 milyard istəyir

19 Fevral 2020 22:00

Məşhur küveytli bloger və ictimai fəal Salva əl-Matiri koronavirusa qarşı hazırladığı "müalicə metodu"na görə 3,2 milyard dollar tələb edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı Matiri "Snapçat" sosial şəbəkəsində paylaşıb. O özünün hazırladığı müalicə metodunu Çinin Küveytdəki səfirliyinə gətirib.

"Mən Çin səfirliyi qarşısındayam ki, koronavirusun müalicə imkanları barədə qeydlərimi təqdim edim", - deyə o paylaşıb.

Qeyd edək ki, Matiri bununla məşhur Çin aktyoru Ceki Çanın səsləndirdiyi təklifə reaksiya verib.

Bundan öncə Ceki Çan koronavirusa qarşı dərman tapana 143 min dollar mükafat verəcəyini söyləyib.

Milli.Az