"Tottenhem" "Leyptsiq"ə, "Valensiya" "Atalanta"ya qarşı

19 Fevral 2020 11:23

Bu gün Çempionlar Liqasında 1/8 mərhələsində növbəti oyunlar keçiriləcək.

Milli.Az xəbər verir ki, "Atalanta" evdə "Valensiya"nı qəbul edəcək. Günün digər qarşılaşmasında "Leyptsiq" "Tottenhem"in qonağı olacaq.

Çempionlar Liqası, 1/8 final mərhələsi

00:00. "Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

00:00. "Tottenhem" - "Leyptsiq" (Almaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə).

Milli.Az