Putin köməkçisini işdən çıxardı

18 Fevral 2020 23:29

Rusiya Prezidenti Vladimir Putin köməkçisi Vladislav Surkovu işdən azad edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qərar Kremlin saytında dərc olunub.

"Surkov Vladislav Yuri oğlu Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsindən azad olunsun", - deyə fərmanda qeyd edilib.

Xatırladaq ki, Surkov bu vəzifəni 2013-cü ildən icra edir. Yanvarın 25-də onun tutduğu postdan getməsi haqda xəbər yayılsa da, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təkzib etmişdi.

Milli.Az