Türkiyə - Azərbaycan oyununun vaxtı bəlli oldu

18 Fevral 2020 21:44

Azərbaycan və Türkiyə milliləri arasında keçiriləcək yoldaşılıq görüşünün vaxtı məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matç may ayının 26-da oynanılacaq. Qarşılaşma  Antalyada keçiriləcək.

Qeyd edək ki, bundan başqa, yığmamız  martın 26-da Lixtenşteyn, 30-da isə Malta ilə yoldaşlıq oyunu keçirəcək.

Milli.Az