"Yuventus" Kyellini ilə razılaşdı

18 Fevral 2020 21:41

"Yuventus" futbolçusu Corcio Kyellini ilə yolları ayırmaq niyətində deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu 35 yaşlı müdafiəçiyə 1 illik müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə olunduğu bildirilib.

Qeyd edək ki, C.Kyellini 2005-ci ildən "qoca sinyora"nın formasını geyinir. O, bu müddət ərzində 508 matça çıxaraq 36 qol vurub və 20 qolun ötürməsini verib.

Milli.Az