SEPAH üzvü Suriyada öldürüldü

18 Fevral 2020 20:47

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü Həmidrza Babolhani Suriyada raket hücumu nəticəsində öldürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Onun Hələbdə ölkəsinin milli təhlükəsizliyini təmin edərkən öldüyü qeyd edilib.

Qeyd edək ki, Həmidrza Babolxani Hacı İbrahim kimi tanınır.

Milli.Az