Türkiyə-Azərbaycan matçının vaxtı açıqlandı

18 Fevral 2020 20:12

Futbol üzrə Azərbaycan və Türkiyə yığmaları arasında keçiriləcək yoldaşlıq matçının vaxtı açıqlanıb.

Milli.Az bildirir ki, qafqazinfo UEFA-nın saytına istinadən xəbər verir ki, Antalyada keçiriləcək qarşılaşma mayın 26-da baş tutacaq.

Bundan başqa, "ay-ulduzlular" Sloveniya, Avstriya və Xorvatiya milliləri ilə yoldaşlıq matçında üz-üzə gələcək.

Milli.Az