Şamaxıda zəlzələ olub

18 Fevral 2020 18:14

Bu gün Qobustan seysmoloji stansiyasından 34 kilometr cənub-qərbdə - Şamaxı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:21-də qeydə alınıb.

Milli.Az