Beyləqanda yonca oğruları ələ keçdi

18 Fevral 2020 20:40

Oğurluqda şübhəli bilinən Beyləqan rayonunun Şərq qəsəbə sakinləri Ə.Qarazadə, S.Əliyev və E.Məmmədov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki həyətlərin birindən 240 kiloqram (4 kisə) yonca oğurlamaqda şübhəli bilinən Şərq qəsəbə sakinləri Ə.Qarazadə, S.Əliyev və E.Məmmədov saxlanılıblar.

Mill.Az