"Real" transferini təqdim etdi

18 Fevral 2020 19:50

"Real" yeni transferi Reyneri ictimaiyyətə təqdim edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tədbir Madrid təmsilçisinin ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda gerçəkləşib.

Qeyd edək ki, "Real" 18 yaşlı yarımmüdafiəçini Braziliya "Flamenqo"sundan 30 milyon avroya transfer edib. Onun əvvəlcə "Real"ın ikinci komandası olan, üçüncü liqada çıxış edən  "Kastilya"da oynayacağı bildirilib.

Milli.Az