"Seçkilərlə bağlı bütün müraciətlərə ciddi şəkildə baxılacaq" - Məzahir Pənahov

18 Fevral 2020 16:45

Şikayətçi şikayəti göndərəndən sonra əlinə hansısa material keçərsə, bunu MSK-ya təqdim edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyb.

M. Pənahov bildirib ki, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır: "Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bunu bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək".

Milli.Az