MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv etdi

18 Fevral 2020 16:38

MSK-nın bu gün keçirilən iclasında 123 saylı Kəlbəcər Seçki dairəsindən qeydə alınmış namizəd - Qənbərov Əzizin şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. T. Həsənov bildirib ki, şikayətçi seçki bülletenləri topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib:

"Şikayətçinin müraciəti araşdırılmış və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb". MSK-nın iclasında 123 saylı seçki dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.

Milli.Az