Baş prokuror yeni idarə rəisi təyin etdi

18 Fevral 2020 16:36

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.

Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb. O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.

Milli.Az