Tərtər sakinlərinin evindən silah tapıldı

18 Fevral 2020 16:35

Tərtər rayonunun Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngləri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-16" markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Milli.Az