Çempionlar Liqasının yeni topu - FOTO

18 Fevral 2020 15:35

UEFA Çempionlar Liqasının finalının topunu təqdim edib.

Milli.Az xəbər verir ki, "adidas" şirkəti topu qırmızı və göy rənglərlə hazırlayıb. Yeni dizayn Asiya ilə Avropanı birləşdirən şəhər - İstanbuldan ilham alıb.

1/8 final mərhələsinin oyunlarından etibarən yeni topdan istifadə ediləcək.

ÇL-in finalı mayın 30-u İstanbulda keçiriləcək.

Milli.Az