"Yuventus"un futbolçusu Krişianu Ronaldu fevralın 5-i olan ad günü ilə əlaqədar hədiyyələr almağa davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu aldığı hədiyyələrindən birini "İnstaqram" hesabından paylaşıb. O, ömürlük müqavilə imzaladığı "Nike" şirkətinin ona göndərdiyi idman ayaqqabasının şəklini yayımlayıb.
"Bu inanılmaz ad günü hədiyyəsinə görə təşəkkürlər Nike!" - deyə o yazıb.
Milli.Az