Azərbaycanda qızıl və gümüş yenidən bahalaşdı

18 Fevral 2020 14:40

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fevralın 18-də qızılın qiyməti fevralın 17-si ilə müqayisədə 5,78 manat artaraq 1 unsiya üçün 2 697,02 manat təşkil edib.

Gümüş 0,03 manat bahalaşaraq 1 unsiya üçün 30,4 manata bərabər olub.

Platinin qiyməti 4,1 manat artaraq 1 652,66 manat, palladiumun qiyməti 146,17 manat artaraq 4 302,19 manat təşkil edib.

Milli.Az