AFFA Sezar Meza Kollini milliləşdirir

18 Fevral 2020 12:53

AFFA "Keşlə"nin futbolçusu Sezar Meza Kollini milliləşdirməyi qərara alıb.

Milli.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Paraqvay əsilli italiyalı yarımmüdafiəçinin FIFA-nın müvafiq qaydaları əsasında Azərbaycan yığmasına cəlb olunması nəzərdə tutulub.

29 yaşlı oyunçu Azərbaycanda fasilələrlə 2013-cü ildən çıxış edir.

Milli.Az