Qarın qalınlığı 6 metri keçdi - Sərhəd bölgəsindən MÖHTƏŞƏM MƏNZƏRƏ

19 Fevral 2020 03:30

Türkiyənin İran və İraqla sərhəd bölgəsində yerləşən Hakkari vilayətinin Yüksəkova rayonunda intensiv qar yağışı həyatı iflic edib.

Milli.Az xəbər verir ki, bölgədə qarın qalınlığı 6 metri keçib.

Rayonun ucqar nöqtələrinə gedən yollar bağlanıb. Yolları açmaq üçün xüsusi briqadalar cəlb olunub.

Bölgədə qar uçqunu təhlükəsi var. (publika.az)

Milli.Az