Sosial şəbəkədə söyüşün sonu qanla bitdi

18 Fevral 2020 13:28

Türkiyənin Denizli vilayətində sosial şəbəkədə söyüş söyülməsinin sonu qanlı bitib.

Milli.Az oxu.az-a itinadən xəbər verir ki, üç tanış sosial şəbəkədə mübahisə edib.

Sonradan mübahisə böyüyüb və onlar bir-birinə söyüş söyməyə başlayıblar. Nəticədə, görüş təyin edən həmin şəxslərdən biri silahla gəlib və digər şəxsi yaralayaraq qaçıb.

Ayağından güllə yarası alan kişi ətrafdakı insanların köməyilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn polislər qaçan şəxsin axtarışına başlayıblar.

Milli.Az