Sərxoş qadın evdə uşaq dünyaya gətirdi

18 Fevral 2020 10:50

Litvanın paytaxtı Vilnüs şəhərində hamilə qadın evdə uşaq dünyaya gətirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı qadın bu zaman sərxoş olub.

Ana və körpəsi xəstəxanaya yerləşdiriliblər. Qadının qanında 2,65 promil alkoqol aşkar edilib.

Onun barəsində cinayət işi açılması məsələsi müzakirə olunur. Ananın günahı sübut olunarsa, onu üç ilə qədər həbs gözləyir. 

Həkimlər spirtin yeni doğulmuş körpənin qanına keçib-keçmədiyini müəyyənləşdirməyə çalışırlar.

Milli.Az