Türkiyədə 30-dan çox qanunsuz miqrant saxlanılıb

18 Fevral 2020 09:11

Türkiyənin İzmir vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qayıqda 33 qanunsuz miqrant olub.

Miqranatlar sahil mühafizəçiləri tərəfindən Dikili rayonunda saxlanılıb.

Onların hamısı Əfqanıstandan olan gəlmələrdir. Miqrantlar müvafiq orqanlara göndərilib.

Milli.Az