Rusiyada övladını onlayn satan ana həbs olunub

18 Fevral 2020 08:58

Rusiyada övladını internet üzərindən satmaq istəyən Lyudmila Nefedova adlı qadın azadlıqdan məhrum edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Moskva məhkəməsi insan alveri ilə məşğul olan 24 yaşlı qadına 4 il yarım həbs cəzası verib.

Qeyd edək ki, əslən qırğız olan Lyudmila Nefedovanın 3 övladı var. Ana həbs olunduqdan sonra övladları nənəsinin himayəsinə verilib.

Milli.Az