Bakıda piyadını maşın vurub

18 Fevral 2020 08:28

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 52 yaşlı kişini avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu dairəsində baş verib.

1968-ci il təvəllüdlü Hacıyev Anar Arif oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az