Bakıda gözətçi dəm qazından zəhərlənib

18 Fevral 2020 08:18

Bakının Xəzər rayonunda hamam otağında bir nəfər zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Pirşağı qəsəbəsində villada gözətçi işləyən 1974-cü il təvəllüdlü Quliyev Arif Qoca oğlu evin hamam otağında dəm qazından zəhərlənib.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az