"Tottenhem"in yeni forması - FOTO

18 Fevral 2020 08:53

Footyheadlines portalı  "Tottenhem"in 2020/2021 mövsümündə ev oyunlarında geyinəcəyini formanın şəkilini dərc edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ağ rəngin üstünlük təşkil etdiyi formada boz rəngdə həndəsi formalı naxışlardan istifadə olunub. Bundan başqa formanın yan tərəfi, yaxası və qollarında tünd göy və sarı rənglər yer alıb.

Milli.Az