Paraqvayda fövqəladə vəziyyət tətbiq edilib

18 Fevral 2020 07:45

Paraqvay parlamenti denqe epidemiyasına görə ölkədə fövqəladə vəziyyət tətbiq edilməsinə razılıq verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə deputatlardan biri deyib.

Bildirilib ki, növbədənkənar iclasda deputatlar palatası denqe epidemiyasına görə fövqəladə epidemioloji vəziyyəti tətbiq edən qanun layihəsini təsdiqləyib.

Bundan əvvəl də oxşar qərar ölkə Senatı tərəfindən verilmişdi.

90 gün davam edəcək bu tədbir, xəstəliklə mübarizə üçün büdcədən və müxtəlif fondlardan daha çox vəsaitin yönəldilməsinə imkan verəcəkdir.

Milli.Az