Türkiyədə iki zəlzələ baş verib

18 Fevral 2020 07:25

Türkiyənin Van vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 23:15-də qeydə alınıb. Yeraltı təkanların episentri Tuşba rayonunda yerləşib. Zəlzələnin ocağı 10,14 kilometr dərinlikdə yerləşib.

Həmin rayonda saat 23:15-də daha bir zəlzələ olub. Yeraltı təkanların maqnitudası 3,7 bal təşkil edib.

Milli.Az