Uhanda xəstəxana müdiri koronavirusdan öldü

17 Fevral 2020 23:15

Uhan müvəqqəti xəstəxanasının müdiri Lyu Çjimin koronavirusdan dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Çjimin xəstəxananın koronavirusdan ölən ilk həkimi olub.

Qeyd edək ki, Çinin Hubey əyalətinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa qarşı mübarizə məqsədilə tikilən müvəqqəti xəstəxana fevralın 2-də təhvil verilmişdi.

Milli.Az