Parlament seçkiləri ilə bağlı MSK-ya 177 müraciət daxil olub

17 Fevral 2020 17:51

"Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına 177 müraciət daxil olub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. M.Pənahov bildirib ki, bu günə qədər 97 müraciətə baxılıb. O qeyd edib ki, bütün müraciətlərə baxılacaq.

Milli.Az