Məntəqələrdə səsvermənin nəticəsinin ləğvi ümumi nəticələrə təsir göstərməyəcək - Məzahir Pənahov

17 Fevral 2020 17:38

"Sosial şəbəkələrdə pozuntularla bağlı yayılan videogörüntülərin çəkildiyi bütün məntəqələrdə səsvermənin nəticəsini ləğv etsək də, bu seçkilərin ümumi nəticəsinə heç bir təsir göstərmir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, bu videogörüntürlər təqribən 3 faiz seçki məntəqələrində qeydə alınıb: "Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlmız hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, xoşagəlməz hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar".

Milli.Az