Pasiyentdən meyvə səbəti hədiyyə alan həkim işdən qovuldu

17 Fevral 2020 23:25

Mama ginekoloq doğuş edən pasiyentindən təşəkkür simvolu olaraq meyvə səbəti hədiyyəsini qəbul etdiyi üçün xəstəxananın baş həkimi tərəfindən xüsusi tənbehlə işindən azad olunub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisə Perm şəhərinin 6 saylı xəstəxanasında baş verib.

Belə ki, ginekoloq Anastasiya Tarabrina öz instragramında pasiyentin ona verdiyi meyvə səbətini paylaşıb.

Bu fotodan sonra xəstəxananın hüquqşünası həkimin əməlində xəstəxananın qanunlarına görə korrupsiya pozuntusunun olub-olmamasını araşdırmaq barədə məsələ qaldırıb.

Həkim işindən azad edilib.

Tarabrina hüquqlarının kobud şəkildə pozulması ilə bağlı məhkəməyə müraciət edib.

3 ay davam edən məhkəmədə hakim xəstxananın işdən qovulma əmri və buna göstərilən səbəb əsassız və qanunsuz hesab edilib. Xəstəxana həkimə mənəvi zərərə görə təzminat ödəməlidir.

Milli.Az