Lənkəranda 62 yaşlı qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı

17 Fevral 2020 19:39

Lənkəran şəhərində usta faciəli şəkildə dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Qala Xiyabani küçəsi 8 ünvanında, Vaqif İsmayılova məxsus evdə baş verib.

Şəhər sakini, 1958-ci il təvəllüdlü Nəhmət Məmmədov V.İsmayılova məxsus həyətdəki yarımtikilidə qaynaq işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması alan N.Məmmədov xəstəxanaya çatdırılsa da orada ölüb.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az