Ayazın səhhətində problem yaranıb

17 Fevral 2020 19:34

Müğənni Ayaq Qasımovun səhhətində problem yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Ayaz bildirib ki, 3 aydır müalicə alır:

"Səhhətimdəki problem işlərimə mane oldu. Yüksək qan təzyiqindən əziyyət çəkirdim. Qorxulu bir haldır. Ruhdan da düşmüşdüm. Müalicə effekt verdi, indi yaxşıyam".

Milli.Az